Dünya dərin dərya kimi
Çox qəvvaslar batar gedər.
Hər kəs mövla dərgahına
Gözübağlı,yatar gedər.
***
Toyda gülüş,vayda ağlaş,
Xeyirlə şər olub qardaş.
Hünərin var,gəl ayaqlaş
Səni darda atar gedər.
***
Kimi yaman nigarandır,
Kiminin də qəlbi qandır.
Kərəm kimi oda yandır
Əslisinə çatar gedər.
***
Kimi çəkir cəfasını,
Yenə görmür səfasını.
Kimi əhdi,vəfasını
Var-dövlətə satar gedər.
***
Neyləyirsən şan-şöhrəti,
Mövlud,düşün qiyaməti.
Kədər,sevinc,məhəbbəti
Bir-birinə qatar gedər.
17.06.2013.Zərdabi.(Mövlud Ağamməd)