*Gedər...*
İt itə,it quyruğuna,
Əməl etməz buyruğuna.
Gedə bilməm yavuğuna,
İp də gedər,it də gedər.
***
Deyən könlün söz istəyir,
Nə istəyir düz istəyir.
Çit bəyənmir,bez istəyir,
Bez də gedər,çit də gedər.
***
Bir sümüksən,bir də dəri,
Neyləyirsən simü-zəri.
Gözləyirsən ildən bəri...
Şor da gedər,şit də gedər
***
Yaz da keçdi,çıxdıq yaya,
İllərimiz getdi zaya.
Mövlud,düşün,o dünyaya
Hər kəs bitdə-bitdə gedər.1
8.06.2014.Zərdabi.Mövlud Ağamməd.
1.bitdə-bitdə---bir-bir.