GEDİRƏM QARIŞQA CIĞIRI İLƏ
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 22:56 13 aprel 2019 tarixində əlavə olunmuşdur

Qalarğı deyiləm, qonağam burda,
Bələdəm qohuma, bələdəm yada,
Bir köhnə pencəyi geyib dünyada,
Gəzirəm sökülmüş  sırığı ilə. 

Artıq huşda itib, yaddaş da gedib,
Sıxıntı qəlbimi talayıb, didib,
Suyu pivə sayaq qaldırıb, dinib,
İçirəm fıstışqa marağı ilə .

Coşuram,köhləni yorur xəyalım,
Min sifət gördükcə dəyişir halım,
Yaltaqlıq etməyə gəlməyir dilim,
Dostam bu dünyanın fağırı ilə.

Qardaş, bu dövranın zibili çıxır,
Tülkü kəllə atır, aslanı yıxır,
Açılıb qarşımda yüz belə çığır,
Gedirəm qarışqa cığırı ilə.!

 

MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV

13.04.2019


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+30=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
seymur551@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0238 saniye