GEDİRƏM
Rahil Rizvan tərəfindən "Şeir" bolməsinə 11:00 24 mart 2018 tarixində əlavə olunmuşdur

Hər biri sən olan xatirələri
Tərk edib gedirəm mən bu vətəndən
Yaşaya bilmədim sənsiz səninlə 
Tərk edib gedirəm mən bu vətəndən

Bir gün dönər deyə gözləmə məni
Unut, xatırlayıb özləmə məni
Dönüb xəyalətə izləmə məni
Tərk edib gedirəm mən bu vətəndən

Gözlərim kor oldu, qulağım da kar
Ətrafım toz-duman yollarımda qar
Söyləmə bu eldə sevənlərin var
Tərk edib gedirəm mən bu vətəndən

Qopardın elimdən obamdan məni
Bənzərsiz sevmişdim vəfasız səni
Gətirdin ömrümə dumanı-çəni 
Tərk edib gedirəm mən bu vətəndən

Günahkar axtarıb, qapılar çaldım
Mənasız məzmunsuz cavablar aldım
Od tutub alışdım, yandıqca yazdım
Tərk edib gedirəm mən bu vətəndən

Böyük bir sarayı, viranə qoydun 
Rahilin diriykən dərisin soydun 
Görünür bəs etdi, zülmə doydun 
Tək edib gedirəm mən bu vətəndən

Rahil Rizvan


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
8+6=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.032 saniye