Gedirik
Ceyhun Məmmədov tərəfindən "Şeir" bolməsinə 22 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Gedirik, dur əynivi geyin
Saçlarıvı tök çiynivə, gülüşlərindən də biraz at çantava
Gedirik, axı uzaq məsafələr bizi gözləyir.
Çalış əynivi qalın geyin
Bəlkə külək, çağırılmamış qonaq kimi gəldi yanımıza.
Çətiridə götür, buludlar tərs-tərs baxa bilər bizə
Amma mən öyrəşmişəm buludların ağlamasına,
Bəlkə səndə öyrəşərsən, saçlarıvın xətrinə.

Gözlərin, mənə kitabdakı qəhrəmanı xatırladır
Gülüşlərin isə, səssiz bir söz kimi xəyallarımda qalır.
Sən hardan gəldin?!
Necə oldu gözlərimdə göründü?!
Eh nə isə boş ver, gedəcəyimiz yolları izləyək.
Çantandan mənə bir-iki gülüş ver
Çünki keçən ay gülüşlərimi yalançılara xərclədim.
Bağışla, paltarım biraz çirklidir kədərdən
Axı mən, bəzi gecələr şeir dağıdıram üstümə.
Nə isə, yoruldun?!
Gedirik, narahatçılığıvı yığ kənara.
Biz səssiz getməliyik, çünki şəhər yatır hələ
Oyandırmamalıyıq, şirin yuxudadır cəmiyyət hələ...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+32=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0268 saniye