Gediş
Gabriella tərəfindən "Digər yazılar" bolməsinə 15:21 31 yanvar 2014 tarixində əlavə olunmuşdur

Şəhərimi tərk etmənin vaxtı gəlmişdi.Qəlbimə doldurub sevgilərimi,təkcə özümü alaraq yanıma yeni dünyalar kəşf etməyə gedirəm.Sevgimi atıb getmirəm,sevgimi götürüb gedirəm...daha gözəl bədbəxt olmağa,daha gözəl əzab çəkməyə.Mən xoşbəxt olmaq üçün yaradılmamışam.Kədərin ən çox yaraşdığı üz  mənim üzümdür.Ruhum qəmginliyə aşiq.Sevilməyənləri sevəcək qədər cəsarətliyəm mən..bütün əzablara dözəbiləcək qədər güclü..xəyanətləri bağışlamayacaq qədər qorxaq..Tək qalmağı seçdim.Buna dözəbiləcək gücüm,cəhd edəbiləcək cəsarətim və əksini düşünməyəcək qorxaqlığım varidi..

Gedirdim,bir insanda bütöv yox hər insanda bir parça olmağa.Bir ömrə yaşanan həyatı bir neçə günə sığışdırmağa gedirdim.Yaşamağa gedirəm,yaşayıb ölməyə..

kim bilir neçə insan üçün ölüyəm?

kim bilir neçə insan üçün öləcəm?...Bir neçə gün yaşayıb tez ölməliyəm,tələsirəm ölümə.Tanrı çox gözləməsin məni


... dəfə oxunub
Qiymət: 8/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
4+11=
Hesaba giriş
Müəllif

Gabriella
Haqqında

Əlaqə
E-mail:
moby666@qip.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0345 saniye