gəl çıx..
cəmilə tərəfindən "Şeir" bolməsinə 20:02 27 sentyabr 2014 tarixində əlavə olunmuşdur

Şeirlərimin sənə ehtiyacı var dedi adam

qadın durdu,baxdı,susdu,öpdü qucaqladı

biraz gülümsədi biraz ağladı

"nə demək istədin mənə əzizim?"

hər qafiyəm səndin 

hər cümləm adın

indisə yerinə qoymuşam "qadın"

amma  unutmuşam mən bir gerçəyi

ürəyimdən axır "gəlmən" istəyi

qafiyə uydurmur qələmim artıq

deyir ki susuruq biz də yazmırıq

get gətir onu sən bax gözünə

onda ürəyindən axar sözlərin 

hisslərlə yoğrulub

gələr o bizə

sənin səsinə də ehtiyacım var

yağışın səsini anlatmalıyam

bir payızdan yazıb,bir yaza keçib

mən səni onlarla xatrılayıram

yoxsa fəsil keçmir buralarda bil

elə bilirəmki dünya da dinmir

saçların üçün də darıxmışam mən

baxmaki fellər keçmiş zamanda

mənim ruhum həran sənin yanında

sahibləndim sözləri sən olmayanda

asdım xəyallardan gizlin hissləri

heçkəs bilmədi ki harda ölmüşəm

əgər tapa bilsə polis cəsədi

deyərsən mən bundan tam xəbərsizəm

neynirsən? sualı verir dostlarım

mənsə hər sualda "səni sevirəm"

bilmirəm nədəndir bu yazdıqlarım

amma bil şəhər də darıxır indi

gəl çıx "gözlərimə" sevindir məni

 


... dəfə oxunub
Qiymət: 6/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
10+24=
Hesaba giriş
Müəllif

cəmilə
Haqqında
birgün ölüb gedəcəm deyə.məndən geriyə birşeylər qalsın deyə.
Əlaqə
E-mail:
cemile9480@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0252 saniye