Gəl gedək
Sən An tərəfindən "Şeir" bolməsinə 20:44 12 iyun 2014 tarixində əlavə olunmuşdur

gəl  gedək uzaqlara,

nə bilim Kamçatkaya,Alyaskaya,

öz dünyamızı quraq,

bu dünyaya şimaldan baxaq,

buzlar arasından.

 

isti bir odamız olsun ,

içində də sobamız olsun.

hər söndükcə,

közlərimiz,

içinə bir az sevgimizdən ataq,

üşüməyək.

 

sarılaq bir-birimizə,

hiss edim səni bir alov tək,

keçsin dilim dodaqlarına bir tilov tək.

 

nağıl kimi olsun hər şey,

bir qızıl balıqsan sən,

səndən arzular diləyim.

üç arzum var,üçü də sənsən.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+3=
Hesaba giriş
Müəllif

Sən An
Haqqında
küçədə oynayan uşaqların sevinci mənim kədərimə mane olur.
Əlaqə
Tel.:
055 626 01 77
E-mail:
sanan.safarov.1986@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0303 saniye