Gəl, gizlənək, həsrət bizi tapmasın.
Ömür yolun vuraq bərabər başa,
Əhd eyləyək, birgə dolaq biz yaşa.
Bu sevginin oxu dəyməsin daşa,
Xoş duyğuya bəd niyyəti yapmasin,
Gəl, gizlənək, həsrət bizi tapmasın.
Məcnun, Fərhad sidq ürəklə seviblər,
Sevən kəslər bəzən nakam gediblər.
Dunya fani, ömür qısa - deyibler,
Ağzin açıb bizi də o qapmasin,
Gəl, gizlənək, həsrət bizi tapmasın.
Ya dağlara,yamaclara üz tutaq,
Həyat bizim, qəm - kədəri unudaq.
Bu həyatı bir yaşayaq,bir olaq,
Hicran sinəmizde atın capmasin,
Gəl, gizlənək, həsrət bizi tapmasın.
Elə bax ki həsrət özü yox olsun.
Bu sevginin gözəl anı çox olsun.
Seymur sənə bir baxışdan vurulsun,
Üstümüzə həsrət yeli hopmasın.
Gəl gizlənək,həsrət bizi tapmasın
MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV
17.05.2017