Bir bahar axşamı hilal çıxanda
Ulduzlar eşq ilə parıldayanda
Sevgi ilə ürəklər pıçıldayanda
Aşiqlər çeşməyə bir vaxt çıxanda
Gəl görüşək,gəl baharım gəl gülüm
Gündüzlər səmaya günəş çıxanda
Məcnunlar eşqinə sehrə çıxanda
Könüldən-könülə sevgi axanda
Gəl görüşək,gəl baharım gəl gülüm
Göy üzündən yerə yağış yağanda
Sonralar yenidən günəş doğanda
Səmaya sevginin rəngi doğanda
Gəl görüşək,gəl baharım gəl gülüm
Sadiqliyə sənsiz çətinlik gəlir
Sankı ürəyini mizrablar dəlir
Ruhu qanadlanır uçmaq istəyir
Gəl görüşək,gəl baharım gəl gülüm