Gəl Sevgilim
Tayfun Abbas tərəfindən "Şeir" bolməsinə 22:51 07 aprel 2014 tarixində əlavə olunmuşdur

Sevgilim gəl.
Gəl gedək sahilə
Oturaq yanakı,
Verək özümüzü
Əsəbi dənizin
Özünü çırpdığı
Qayalara
Və səsinə.
Bu səs
Tanrının işidir
İnan.
Yoxsaki belə
Həzin musiqini
İnsan yaratdı?
İnsan olmasa
Dəniz olmaz,
Dəniz olmasa
Sahil!
Gəl sevgilim,
Gəl gedək sahilə.
Getməsək...Getməsək
Qağayılar tək qalar axı...
Gəl sevgilim,
Gedək qağayıların
Yalnızlığın bölüşək
Sonsuza Qədər.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+34=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0223 saniye