GƏL YENİ İLDƏ
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 20:24 30 dekabr 2018 tarixində əlavə olunmuşdur

GƏL YENİ İLDƏ

 

Bitsin giley-güzar, söz-söhbət daha,

Bir az şirinləşsin ağızda, dil də.

Sənə and verirəm qadir Allaha,  

Gəlmək istəyirsən gəl, yeni ildə!  

 

Təqvimin sayılı günləri çoxdu,

Qayıt gəl, bir az da üz-üzə duraq.

Niyə yaşayaq ki ömrün bu vaxtı,

Mən səndən aralı, sən məndən uzaq...  

 

Məhəbbət heç zaman sərhəd tanımaz,

Eşqdir saflıq verən havaya, suya.

Bəlkə də düşünsən hardasa bir az,

Bilərsən sevgidir qanad arzuya.  

 

Sənin gəlişinə ehtiyacım var,

Gəl, birgə dolaşaq obada-eldə.

Ürəyim elə hey səni arzular,

Qayıt, heç olmsa gəl yeni ildə!

 

MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+2=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
seymur551@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0229 saniye