Ümiddən bir çələng hörmüşəm, Gülüm...
Nə vaxtdır rəfində gözləməkdədir...
Dünyamda bir dünya qurmuşam,Gülüm...
Haçandır üfüqdə bəkləməkdədir...
Gəl, nazı-qəmzəni sən qoy boxçaya,
Arzu-istəyini çıxar taxçaya,
Bu nədir, dönmüsən əntiq axçaya,
Cəmalın yad nəzər süsləməkdədir...
Ustacı etmisən, özünə möhtac,
Gözünün gülməsi, üzünə möhtac,
Ruhunun dinməsi, sözünə möhtac,
Həp ruhum, ruhunu izləməkdədir....
11.05.2014 / Bakı