Gəl...
ANAR. (ARLİN EDEN ) tərəfindən "Şeir" bolməsinə 20:09 14 noyabr 2016 tarixində əlavə olunmuşdur

Yenə tənhalıq çarmağa çəkib məni   xəyallarım sənsizliyin atəşi ilə yandırır ruhumu

Hisslərimin adı sən, acılarımın soyadı sənsizlik

Əllərim saçların qoxur, yumağa qorxuram ətrin gedər

Bir payzı gecəsi sənsizlikdən xatirlərimi asıram

Gözlərimdən səmimiyyətimi,canımdan ruhumu,

Xatirələrimdən isə özünü aldın qadın.

Dünyanın yükü sanki çiyinlərimdə

Kim bilir bəlkə sənsizliyin əzabıdır bu.

Əzginəm biraz dərdlərimdən ilham aldım

Nə gücüm var sevməyə, nə göz yaşlarım var ağlamağa

Gəl ey ruhumun bəstəkarı, bir yaralı ruhun məlhəmi ol

Sol yanımda ağrı var bu ağrının adı sənsizlikdi

Acılarımı yoxluğun, yalnızlığımı sənsizlik dəfn etdi. 

Sevginin qanadları qaldırmır, bezgin cismimi

Rəngsizləşmişəm bir rəssamın fırçasında

Saçlarından əllərimi,gülüşündən gözlərimi edam etdim

Yalnızlığı qucaqlayan qollarım,

səndən uzaqlaşdıran ayaqlarım var.

Gəl son dəfə məndə olanlarını apar

Dağınıq otağımda itib-batmasın.

Gəl ey dağınıq dünyamın səliqəli şeiri

Qarışmış şairin , səliqəsiz misralarında

izlərini yox et. 


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
3+22=
Hesaba giriş
Müəllif

ANAR. (ARLİN EDEN )
Haqqında
Ədəbiyyatı sevirəm Ədəbiyyat beynimin, musiqi ruhumun dilidir. Hər iki dildə danışmağı sevirəm.
Əlaqə
E-mail:
anar_arlin@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0248 saniye