GELE BİLMEREM..
Karim Huseynzade tərəfindən "Şeir" bolməsinə 14:20 15 aprel 2014 tarixində əlavə olunmuşdur

Dönüb baxışların gözümde çene,
Yolumda çağlama, gele bilmerem..
Demişem, qoy deyim yene de sene,
Menimçün ağlama, gele bilmerem..

Men ki bir özgeni sevirem feqet,
Söyle, heç olarmı ehde xeyanet?
Senin de qapını döyer mehebbet,
Amma ki ne zaman? - bile bilmerem..
Menimçün ağlama, gele bilmerem..

Qelbimi ovudan o baxışlara,
Payız yağışıtek axan yaşlara,
Qıyma o gözlere, qövsi qaşlara,
Axan göz yaşını sile bilmerem,
Menimçün ağlama, gele bilmerem..

Qurumuş ağacın yarpağı olmaz,
Sel getiren çayın yatağı olmaz,
Menden derdlerinin ortağı olmaz!
Seninle ağlayıb, güle bilmerem,
Menimçün ağlama, gele bilmerem..

Heyata yeniden doğulmaq üçün,
Senin göz yaşında boğulmaq üçün,
Birinin qelbinde var olmaq üçün
Birinin qelbinde öle bilmerem..
Menimçün ağlama, gele bilmerem!


... dəfə oxunub
Qiymət: 5/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
3+34=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.023 saniye