Gələcək ümidlərimizə bir növ valideynlərin təsiri
Səbinə Həmzəyeva tərəfindən "Digər yazılar" bolməsinə 02:45 19 may 2012 tarixində əlavə olunmuşdur

Başımızın tacı dediyimiz valideynlər bəzən öz valideynlik borclarını layiqincə yerinə yetirə bilmirlər.Belə hallar daha çox problemli ailələrdə olur,hansı ki,valideynlərdən ya biri ya da hər ikisi əyyaşlıqla məşğul olurlar.Bu da danılmaz faktdır.Əlbəttə bu problemi aradan qaldırmağın müxtəlif yolları vardır əgər onlar istəsə.Belə problemli ailələrdə yaşanan çətinliklər uşaqların həyatına pis təsir göstərir,onlarda ruh düşkünlüyü yaranır,psixoloji gərgənliklərin artması halları baş verir.
Çox vaxt televiziyada ərlə-arvadın münaqişəsi barədə xəbərlər eşidirik.Bunlara adi xəbər kimi baxmaq düzgün deyil.Hal-hazırda cəmiyyətimizi narahat edən aktual problemlərdən biridir.Qeyd etmək lazımdır ki,son illər ərzində uşaqlara qarşı valideyn zorakılıqlarının artması baş alıb gedir.Valideynlərin uşaqların gözü qarşısında tez-tez dava-dalaş etməsi,bir-birilərinə olmazın təhqirlər işlətməsi uşaqlarda psixoloji cəhətdən əsəb gərginliyini artırır.onların qorxaq böyüməsinə səbəb olur.Uşaqlar belə hallarda ata-ananın mübahisəsini qorxaraq barmaqarası izləməyə məcbur olurlar.Bu cür hallar yaşanan ailələrdə istər uşaq olsun,istərsə də gənc öz otağına qapanaraq sakit qalmaq,hər kəsdən uzaq olmaq istəyirlər.Özünəqapalılıq bildiyimiz kimi çox pis hallarla nəticələnir.Ya uşaq özünə qəsd edəcək,ya da hansısa bir bədbəxt hadisənin qurbanı olacaqdır.Valideynlər isə ya belə hallar olandan sonra sakitləşəcək,ya da heç əhəmiyyət də verməyəcəklər ki,bu hadisə bizim ucbatımızdan oldu ya yox?Bu cür vəziyyətlərlə yaşayan uşaqlar təbii ki,parkda,evinin etrafında ve ya başqa yerlərdə uşağını əzizləyən valideynləri görəndə düşünəcək ki,"mənim də valideynlərim mənə bu cür qayğı ilə yanaşsaydı xoşbəxt olardım".
Hələ elə valideynlər də var ki,"maddi imkanımız yoxdur" deyib öz doğma övladını uşaq evlərinə təslim edirlər.Artıq "maddi imkanımız yoxdur" sözü də bir növ çoxişlək söz forması kimi özünü fikirləşən valideynlərn dilindən düşmür.Əlbəttə bir gün atılan uşaqların yarısı valideyn qoxusu almaq,ata-ana nəvazişi görmək üçün ya onları qəbul edəcək,ya da ki,"o mənə analıq-atalıq etməyib,üstümdə heç bir haqqı yoxdur" deyib ömür boyu onlara qarşı nifrət hissi ilə yaşayacaq.Ona görə də gərək uşaqları maddi ehtiyaclarımıza qurban verib uşaqlar evinə atmayaq,onları döyüb,onların gözü qarşısında dava-dalaş salıb gələcəyini korlamayaq,əksinə onları daim maarifə yönəldib uğurlu bir gənc olması üçün yaxşı işlər görək ki,sonradan bizi yaradan Uca Tanrının qarşısında cavab verə bilək.


... dəfə oxunub
Qiymət: 7/10(7 səs)
[qiymət ver ]
Şərh yaz
5+12=
Hesaba giriş
Müəllif

Səbinə Həmzəyeva
Haqqında
Baki Slavyan universitetinin jurnalistika fakultesinde tehsil aliram.Yazmagi cox sevirem baxmayaraq ki evveller hec xosum gelmirdi yazi yazmaqdan.Mene bunu sevdirende ele bu senetim oldu
Əlaqə
E-mail:
ya_sonra@inbox.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0195 saniye