Gələcəyəm yenə, Qırız...
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 20:56 10 yanvar 2016 tarixində əlavə olunmuşdur

*Gələcəyəm yenə,Qırız**

Mən vəfasız çıxmamışam,
Gələcəyəm,yenə,Qırız.
Əhdimə sadiq qalmışam,
Gələcəyəm yenə,Qırız.
***
Xatirələr qalıb səndə.
Bulaq başı,göy çəməndə...
Nəzər məllim gəlməsə də,
Gələcəyəm yenə,Qırız.
***
Qil bulağın suyu sərin,
Qar-Qar,yolu ərənlərin.
Gül,bənövşə düzənlərin.
Gələcəyəm yenə,Qırız.
***
O dağlarda vardır sərvət,
Böyük-kiçik,izzət,hörmət.
Ata yurdum edir dəvət,
Gələcəyəm yenə,Qırız.
***
Sən kökümsən,sən soyumsan,
Damarımda axan qansan.
Məni nə vaxt çağırasan-
Gələcəyəm yenə,Qırız.
***
Hər daşında bir tarix var,
Açılmamış sirlər yatar.
Vaxt yetişər,vədə çatar,
Gələcəyəm yenə,Qırız.
***
Sevdim səni sana-sana
Qoyma məni yana-yana.
Qəlbim dözməz bu hicrana,
Gələcəyəm yenə,Qırız.
***
Sən dağların gözəlisən,
Sən dilimin əzbərisən.
Mövludun son mənzilisən,
Gələcəyəm yenə,Qırız...

10.05.2014.Zərdabi.Mövlud Ağamməd.


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
7+33=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0347 saniye