Gələninə ümid olma, dönüb gedər
Yusif Nazim Ərəbsoy tərəfindən "Şeir" bolməsinə 02:44 30 may 2014 tarixində əlavə olunmuşdur

Gələninə ümid olma, dönüb gedər

Ey məndən çox yanan ağac,
Nə gülürsən tüstümə sən?!
Ey məndən çox dərdi olan,
Nə gəlirsən üstümə sən?!


Get dərdini günə danış, aya danış,
Get dərdini dənizə de, çaya danış,                                                           Get dərdini bağlardakı quşlara de,                                                           Get dərdini qayadakı daşlara de...

İnsanlara dərd danışma...

Çaylar kimi daşıb keçmə,
Ya sevgili, ya dost olsun,
Sərhədləri aşıb keçmə.

Bu həyatı görə-görə gələn bizik,
Bu həyatın həm mülayim,
sərt üzünə gülən bizik.

Namərd duymaz, mərd anlamaz,
Bu insanlar dərd anlamaz...

Təbəssümlü baxışlara aldanma çox,
Ürəklərdə nələr vardır,
Ondan başqa bir bilən yox.

Ocağına ümid olma, sönüb gedər,
Gələninə ümid olma, dönüb gedər,
Zirvələrdə qərar tutan, lovğalanma,
yüksəklərdə olan belə,
bir gün gələr, enib gedər.
Lal dediyin elə yerdə dinib gedər,
sözü sənə güllə olar.
Saçlarına sığal çəkib sevdiyinin
bir gün gələr qaytardığı şillə olar.

Bu dünyanın bir küncündə otur, barı,
Cavanlıqda canlar alan qotur qarı,
Sənə yaxın gələn yoxdur?
Üzünə də gülən yoxdur?
Heç üzülmə!!!
Bax dünyanın səhnəsinə,
Mütrüfləri səndən qotur,
məndən gözəl.
Çıx dünyanın səhnəsinə,
Gəlməyəcək bu səhnəyə
Səndən qotur, səndən gözəl...

Yusif Nazim Ərəbsoy


... dəfə oxunub
Qiymət: 8/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
4+27=
Hesaba giriş
Müəllif

Yusif Nazim Ərəbsoy
Haqqında
YUSİF NAZİM ƏRƏBSOY (Məmmədov Yusif Ağaəhməd oğlu, “Nazim” - nəzmə çəkən, şeir yazan deməkdir) 1988 - ci il oktyabrın 10 - da Şamaxı rayonunun Ərəbqədim kəndində anadan olmuşdur. 1995 - ci il sentyabrın 1-də Qobustan rayon Göydərə kənd 9 illik əsas məktəbin 1 - ci sinfinə daxil olmuşdur. 2004 - cü ildə bu məktəbi bitirərək, orta təhsilini davam etdirmək üçün fizika-riyaziyyat və informatika təmayüllü liseyə qəbul edilmiş və 2006 - cı ildə bu məktəbin məzunu olmuşdur.  Bakı Slavyan Universitetinin “Yaradıcılıq” və Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin “Mühasibat uçotu və audit” fakültələrini bitirmişdir.         Yaradıcılığa 14 - 15 yaşlarından başlayan Yusif Nazim Ərəbsoy əsasən, satirik mövzuda yazır. 2011 - ci ilin may ayında böyük satirik şairimiz M. Ə. Sabirin vəfatının 100 illiyinə həsr olunmuş “Satira və qəzəl” müsabiqəsinin fəxri diplomuna layiq görülmüşdür. 2015-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında "Bilik" fondunun "Vətənpərvərlik" mövzusunda ümumrespublika üzrə elan etdiyi müsabiqədə "Sərçə sevgisi" adlı şeiri 1-ci yeri qazanmışdır. "Şou dünya" adlı kitab müəllifidir. Kitabda müəllifin satiraları, sevgi və digər mövzuda yazdığı şeirləri, eləcə də aforizmləri çap olunmuşdur.          
Əlaqə
Tel.:
(070) 686 - 06 - 25, (050) 993-03-60
E-mail:
yusifnazim@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Mirzə Ələkbər Sabir Ordeni
YouTube-da izlə
Facebook
0.0325 saniye