Gəlir...
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 14:27 14 yanvar 2015 tarixində əlavə olunmuşdur

GƏLİR
(Zarafatyana)

Əlli yaşa çatdım,ömür yarıdır,
Kövrəlirəm,gözlərimdən yaş gəlir.
Qocalıram,çatır ömrün payızı,
İllər ötür,yaş üstünə yaş gəlir.
***
Tanıyıram hələ sağım,solumu,
Birtəhərlə çıxarıram çulumu.
Mən deyiləm təkcə azan yolumu,
Bu dünyaya hamısı çaş-baş gəlir.
***
Bu yaşımda sevda düşüb başıma,
O da baxmır mənim ahıl yaşıma.
Yaman"soğan doğrayıbar aşıma",
Görən deyir,"pəncərədən daş gəlir".
***
Dediklərim,əlbəttə,bir zarafat,
Başındakı fikirləri,Mövlud,at.
Mənə tənə edər bütün camaat,
Hara baxsam,görərəm göz-qaş gəlir.

11.09.2014.Zərdabi.Mövlud Ağamməd.


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
1+34=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0313 saniye