Hər gəlişin bir nəğmədi, mənimçün,
Vəhy mələyi səninlə qoşa gəlir...
Hər gəlişin ərmağandı mənimçün,
Sən gəlirsən, ürək də cuşa gəlir...
Hər gəlişin meh gətirir iqlimə,
Bir aydınlıq, şövq verirsən, əqlimə,
İlk baxışdan kök atmısan qəlbimə,
Hər gələndə, təzə-tər rişə gəlir...
Hər gəlişin əfsanədi, nağıldı,
Bir də gördün, Vallah Zaur bayıldı,
Bilirsən ki, çoxdan hayıl-mayıldı,
Qələm qalır, əlinə tişə gəlir....
14.02.2011 / Bakı