Gəlməsin o gecə...
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 09:02 11 may 2015 tarixində əlavə olunmuşdur

O gecə səninlə son görüş oldu...
Silinməz qəlbimdən o qəmli gecə.
Bəlkə də,o gecə sərt dönüş oldu
Sənin ürəyində sakit,gizlicə.

Gözlərin o qara gözlər deyildi,
Sanki o gözlərdə iztirab,kədər.
O gecə fikrin də məndə deyildi,
...Demək,düşündüyum getməmiş hədər.

Gəlməsin ömrümə bir də o gecə,
Bircə dəqiqəsi gəlməsin,onda
Sənin də gözlərin gülərdi,məncə,
Baxıb sevinərdi bizə o ay da...

15.05.1980 / Axalkalaki
Mövlud Ağamməd


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
10+5=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0526 saniye