GENC YAZAR VALEH DUYGUNLA MUSAHIBE
İlkin Abbas tərəfindən "Müsahibə" bolməsinə 15:20 14 oktyabr 2014 tarixində əlavə olunmuşdur

Salam əziz oxucular. "SİZİ YAXINDAN TANIYAQ" Layihəmizin keçən həftəki qonağı olan GÜLNARƏ xanım İSRAFİLQIZI ona ünvanlanan sualları cavablandıraraq, bizi sevindirdi. Layihəmizin bu həftəki qonağı gənc yazar

VALEH DUYĞUN-dur

(Səmimi Söhbət)

- Salam Valeh bəy, ilk öncə təklifimizi qəbul etdiyiniz üçün sizə təşəkkür edirəm. Mümkünsə özünüz haqqında məlumat verərdiz. Valeh Duyğun kimdir?

VALEH DUYGUN
Aleykum Salam Ilkin bey, mende öz növbemde bele gözel layiheye imza atdıqınız üçün ve meni de bu layiheye qonaq devet etdiyiniz üçün size derin minnetdarlığımı bildirirem. Özüm haqqda danışmaqı qeti sevmirem. Men bu sualin cavabin meni taniyan dostlara sevimli oxucularima hevale edirem,
Dostlar Valeh Duyğun kimdir? nece insandir? onun haqqda ne deye bilersiz? tessuratlariniz?)) men özüm tekce bunu deye bilerem ki,
Gah deniz tek dalğalanır,
Gah da qemden parçalanır.
Gah qemlenir, gah şadlanır,
Menim kövrek, sade qelbim.

Heyatdan deyil, heyatımdan narazıyam


-Valeh bəy, sizcə şair olmaq üçün mütləq sevməkmi lazımdır?

VALEH DUYGUN
Tebii ki, sevgisiz ürek dil açmaz


-Valeh Duyğunu şair edən nə oldu?

VALEH DUYGUN
Bezen söz saldıqca öz genc yaşımdan,
Özümün özüme yazıqım gelir.
Gözlerim solubdu hesret yaşından,
Bu nemli gözüme yazıqım gelir.

Herden, öz özüme sual verirem,
Ilahi ne üçün yaradıb meni?
Bezen de suala cavab verirem,
Yaradan qem üçün yaradıb meni.

Bu sonsuz suallar bitib tükenmir,
Artıq siyah saça tek tek den düşür.
Zaman öz atını çapır gözlemir,
Ömrümün günleri vaxsız ötüşür.

Fikirler, xeyallar baş alıb gedir,
Keder qarış qarış meni izleyir.
Bilmirem bu sonsuz ezablar nedir,
Sevincim qeyb olub üze gülmeyir.

-Gənc şairlərdən Daha çox kimləri oxuyursunuz?

VALEH DUYGUN
Real heyatda oxuduqlarım çoxdur, istedadlı genclerimiz de çoxdur hetda virtual alemden tanıdıqım peşekar ve istedadlı genc yazarlardan beyendiklerim de var, onlardan bir neçesinin adlarını qeyd ede bilerem.
Adile Nezer, Nezaket Neman, Humay Abbas, Valide Fexri, Günay Ümid, Gülnar Sema, Vüsale Süleymanova, Günay Hesenli, Sevil Işıq, Nigar Meherremli, Xatire Qemli, Gülnare Israfilqızı, Vefa Eliyeva, Ilkin Abbas, Zamiq Mehdisoy, Iqbal Nemet, Baba Seba, Xelil Adıgözel, Server Kamranlı, Habil Yaşar, Vüqar Rahi, Reşad Mehemmedoglu, Qabil Edalet v.s


-İlk yazdığınız şeir hansı olub? xatırlayırsıza, bizimlə də paylaşmanızı rica edərdim.

VALEH DUYGUN
Ilk yazdıqım şeir 4-ci 5-ci sinifde oxuduqum illere tesadüf edir. Ilk yazmaqa başladığım 3 ya 4 şeirim var amma bura yazmaq istemirem))


-Şeiriyyatdan başqa hansı maraqlarınız var?

VALEH DUYGUN
Ümumilikde incesenetin bütün sahelerine böyük marağım var, xüsusilede musiqiye, qarmon aletini daha çox sevirem hetda özüm üçün xırda xırda ifa da edirem))


-Ümumi bir sual. Azərbaycan ədəbiyyatının bugünkü vəziyyəti sizi qane edirmi?

VALEH DUYGUN
Xeyir qane etmir... Çox istedadlı, peşekar yazarlarımız var ki, bu günki edebiyyata mezlum mezlum kenardan baxmaqla kifayetlenir, bu günki edebiyyatımız pullu ve day dayı olanlar üçündü (peşekar ve istedadlı yazarlarımız istisna olmaqla) edeb qaydalarından uzaq olan, özünün kim olduqunu helede keşf etmeyen bezi "yazarlar„ edebiyyat aleminde meydan sulayır.


- Valeh duyğun həyatda uğurları necə qazanır?

VALEH DUYGUN
Şeirlerinden önce öz medeniyyeti merifeti, leyaqetli insanlara olan sevgisi, vefası sedaqeti ve vetenine, dinine bağlılığı ile.


-Ədəbiyyatdan başqa, hansı sahəyə xidmət edirsiniz?

VALEH DUYGUN
Ferdi ve dövlet ehemiyyetli iş sahelerinde xidmetlerim olur


-Valeh bəyin fikrincə, əsl şair necə olmalıdır?

Menim fikrimce Şair azad düşünceli, qarşısındakı insandan hörmet gözlemekden önce özüne, sözüne hörmet qoymaqı bacarmalı, oxucuları arasında ferq qoymamalı, oxucularını öz doğma ailesi kimi sevmeli (terbiyyeden insani keyfiyyetlerden uzaq olanlar istisna olmaq şertile) milletine, vetenine, dinine bağlı olmalı, hakksızlığa qarşı qeddar olmalıdı.


-Valeh bəy, Şeiriyyatda ümumiyyətlə yaradıcılığınzda sizə qarşı haqsızlıq olubmu? əgər olubsa bununla necə mübarizə aparmısınız?

VALEH DUYGUN
Beli olub, çox olub heç bir mübarize aparmamışam sadece cavab vermeden susub haqqsız olduqlarını özleri anlayacaqı gözlemişem ve vaxt gelib haqqsız olduqlarını anlayıb üzr dileyenler de olub. Ilkin bey men çox kövrek qelbli insanam, qelbim tez qırılır amma olanları bir kenara atıb bağışlamağı da bacarıram, heyat fani heyatdı bu dünyada insana qalan yalnız xatırlanan temiz ve pis ad olur, çalışaq adımız bizden sonra xoş xatirelerle anılsın.


-Dahi Azərbaycan şairlərimizdən ən çox oxuduqlarınız kimlərdir?

VALEH DUYGUN
En çox oxuduqum Nesimi, Xaqani, Baba Pünhan, merhum ustadım Xelil Rza Ulutürk, Nüsret Kesemenli ve Baba Veziroğlu


-Kitabınız varmı?

VALEH DUYGUN
Çox teessüf ki, kitabım yoxdur InşeALLAH oda olar.


-Sonda oxucularınıza nəyi söylərdiniz ?

VALEH DUYGUN
Sonda ilk önce size minnetdarlığımı bildirirem meni deyerlendirib öz gözel layihenize qonaq devet etdiyiniz üçün. Arzum budur bu gözel layihenizle daha da yüksek zirveler feth edesiniz, menden sonra gelen növbeti qonaqınıza xoş geldin deyirem ve ugurlar arzulayiram.
Oxucularıma ise burdan onu demek isteyirem ki, ezizlerim her biriniz menim üçün çox deyerlisiniz, siz varsınızsa mende varam Allah sizi mene, meni size çox görmesin AMIN
Oxucularıma ve dostlarıma bunu demek isteyirem ki,

Eziz dostum uyma vara servete,
Dünya malı göze perde salandı.
Bir gün gelen, bir gün gedir rehmete,
Fani dünya boşalandı, dolandı.

Men feleye dost demedim nedense,
Felek vefa eylemeyib bir kese,
Dost dostunu ne qeder çox istese
Zalım felek dostu dostdan alandı.

Biz gelmişik getmek üçün yaşarıq,
Yaxşılıqlar etmek üçün yaşarıq.
Iki dünya sakiniyik bunu bil,
Biri alan, biri ise satandı.

Alınan da, satılan da biz olduq
Dünya içre gah boşaldıq, gah dolduq.
Bu dünyadan aparmaqa ne aldıq?
Dünya özü bu dünyada qalandı.

Çalış qelbi derde mekan eyleme,
Her çiçeyi ter gül bilib iyleme.
Sonda, feğan eyleyerek söyleme,
Derdli könlüm derd elinden talandı.

Kenar gezme acdan, laldan çolağdan,
Merhemet et, seyr eyleme uzağdan.
Üz çevirib qaçma gelen qonağdan,
Dar mezarda, ilk qonağın ilandı.

Çalış leke salma o, temiz ada,
Bu gün varsan, sabah yoxsan dünyada.
Milyon il ucalan dağ da, qaya da,
Mehv olub batmağı da birce andı.

Yaxşılıq et, amma vurma başa sen,
Qelbleri qırıb dönderme daşa sen.
Çalış ömrünü namusla yaşa sen,
Qoy desinler bu möhteber insandı,
O dünyasın bu dünyada qazandı.

Düşünme ki, servetin varsa nersen,
Allah hüzurunda sen de nökersen.
Gün geler, Duyğun düz deyib, deyersen
Heqiqeten de, bu dünya yalandı.


-Gözəl şeirlərinizdən birini bizimlə və oxucularınızla paylaşardınız.

VALEH DUYGUN
Memuniyyetle Ilkin bey buyurun

TALEYIM
Bu eşq artırdı qelbimde derd-seri,
Siyah saça sepdi beyaz denleri.
Senle keçen o, deyerli günleri,
Heç bilmedim hara yazdı taleyim.

Gören kim, vurdu bu eşqe dügünü,
Yoxa çıxdı sesi, sorağı, ünü.
Hesret ile gözlediyim xoş günü,
Işgenceye dara yazdı taleyim.

Bilmezdim dönerem eşq kölesine,
Çetin bu qelb, bir de sevib isine.
Üreyimin eşq olan seyfesine,
Sevgi sözün qara yazdı taleyim.

Çalışıram görünüm şen şad, dilli
Qelbimin yanğısın etmeyim belli.
Üreyime ne yaxşı ki, teselli
Göz yaşımı çara yazdı taleyim.


-Həmsöhbət olduğunuz üçün sizə dərin minnətdarlığımı bildirir, daha da böyük yaradıcılıq uğurları arzulayıram.

VALEH DUYGUN
Tesekkur edirem

Bəli, əziz oxucularımız. Bu həftənin qonağı VALEH DUYĞUN oldu. Növbəti buraxılışımız gələn həftənin Şənbə günü olacaq. Görüşənədək.
Həmsöhbət oldu : Gənc şair (_____"""İLKİN ABBAS"""______)


... dəfə oxunub
Qiymət: 9/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
2+14=
Hesaba giriş
Müəllif

İlkin Abbas
Haqqında
Abbasquliyev İlkin Qadir oğlu ( İlkin Abbas ) 1993-cü il Dekabr ayının 8-də Naxçıvan şəhərində Ziyalı ailəsində anadan olmuşdur. Onun ədəbiyyata olan böyük marağı hələ orta məktəb illərindən başlanmış, zaman keçdikcə şeiriyyat aləminə olan sevgisi güclənmişdir. Şair 2000-ci ildə Naxçıvan şəhər Afiyəddin Cəlilov adına 12 saylı orta məktəbin birinci sinfinə daxil olmus, 4 illik ibtidai təhsilini orada aldıqdan sonra, Naxçıvan şəhər Hüseyn Cavid adına 5 saylı orta məktəbə dəyişilmişdir. Onun "ANA DİLİ" adlı ilk şeiri 2010-cu ildə yazılmış və "TƏK SƏBİR" qəzetində nəşr olunmuşdur. Bundan əlavə, gənc yazarın Şeirləri Vəhdət.org. , Shahbulaq.az, Turkbir.info, ədəbiyyat-az.com, Gundelik.info, dokkuziklim.net saytlarında dərc olunur və olunmaqdadır. Hazırda tələbədir, Subaydır. Hələ ki kitabı yoxdur.
Əlaqə
E-mail:
ilkin.abbas.90@hotmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.023 saniye