Yazar-jurnalist Rüfət Əhmədzadə Qazax Gənclər Mərkəzində ədəbiyyata marağı olan məktəblilərə və rayon gənclərinə təlim keçib.
Təlim Azərbaycan Prezidenti yanında Gənclər Fondunun Maliyyə dəstəyi ilə keçirilən “Yazar olmaq istəyirəm” layihəsi çərçivəsindən baş tutub. Əsas məqsədin bölgələrdə gənc istedadların üzə çıxarılmasından ibarət olduğunu deyən layihə rəhbəri Gülnar Nəzərova qeyd edib ki, ilk təlim dekabrın 7-də Ağstafada baş tutub.
Rüfət Əhmədzadə gənclərə yazar olmaq üçün vacib olan əsas xüsusiyyətlər, bədii əsərlərin yazılmasında gözlənilməli qaydalar barəsində məlumat verib. O, təlim iştirakçılarına müəyyən nümunələr göstərib, müxtəlif yazıçıların yaradıcılığında üslub və problemlərə yanaşma tərzlərinə toxunub.
İnteraktiv fikir mübadiləsi şəraitində keçən tədbirdə regionda gənclərin yazar olmağa marağını müəyyən etmək məqsədilə sorğu da aparılıb.
Tədbirin sonunda yazar-ekspert növbəti mərhələ üçün müxtəlif mövzular üzrə gənclərə tapşırıq verib,
Təlimlərin 2016-cı ilin yanvarında keçiriləcək ikinci mərhələsində region gəncləri arasında “mənim hekayəm” adlı müsabiqədə gənclərin yazdıqları 10 hekayə seçilərək kitab şəklində çap olunacaq.