Gəncin körpəliyi
Mehman Məmmədov tərəfindən "Digər yazılar" bolməsinə 02:38 31 may 2012 tarixində əlavə olunmuşdur

Gəncin körpəliyi

-         Salam, gənc. Mənə tərəf gəl, burdayam.

Gənc eşidirdi amma səsin hansı tərəfdən gəldiyini dəqiqləşdirə bilmirdi. Səs getdikcə ona daha da yaxınlaşrdı. Ətraf  tamamilə ağ rəngə boyanmışdı. Gənc onun simasını güclə görürdü.

-         Sən kimsən? – Gənc dedi.

-         Bu sualı hamı verir. Amma buna vaxt ayırsaq sənin istəyin baş tutmayacaq. – o cavab verdi

-         Mənim istəklərimi sən bilirsən?

-         Biz insanların arzu və xəyallarına yaxşı bələdik. Onları insanların qarşısına istədiyimiz şəkildə çıxardarıq.

Bu vaxt körpə səsi eşidilidi. O, otağın qapısı açdı. Icəridə körpə oyuncaqları ilə danışır, gülür, oynayır. Oğlan yuxularında, arzularında axtardığı və şəkillərinə baxdığı körpəni tanıdı. Həmişə onunla danışmaq, oynamaq , gülmək istəmişdi. Təki onu görəydi. Amma alınmadı. Körpə ona baxdı. Ürəyində fikirləşdi ki, tanıyacaq və baxıb güləcək. Nə vaxtsa bu bədən onu olub, bu bədəndə onun ruhu yaşayıb. Amma olmadı. Körpə öz oynuna davam edirdi. Nə olaydı bir zərrə tanıyardı, əllərin acıb ona gülərdi Gəncin ürəyindəki sevinc hissi yox oldu. Gənc özünə zillənən baxışları odda yandırılb basılan damğaya oxşatdı. Bəlkə də tanıdı amma ondan intiqam almaq istədi. Qarşına çıxdığı üçün, içindəki körpəni çıxardığı üçün. Onu istəklərini tərk etdiyi üçün. Bütünlüklə onu unutduğu üçün.

Unutmuşdumu gənc öz körpəliyini? Özünə sual verdi. Düşündü. Qaçmaq istəmişdi ondan onun təmizliyini üçün. Həmişə onun haqqında evdə danışılanda bayıra çıxardı ya da özünü eşitməməzliyə qoyardı. Heç xatırlamaq istəmədi. Bəlkə də nifrət edirdi. Belə körpə olduğu üçün ya da sonu gözləmədiyi bir vaxta gəldiyi üçün. Bunlar özgələşdirmişdi körpəni ona. Amma darıxdı. Çox darıxdı. O körpəni axtarmağa başladı. Çünki içi çox boş idi. Həmişə onunla təskinlik tapardı, sakitləşərdi. Onun oynamasını, gülməyini təsəvvür edib xəyallara dalardı.

İndi onlar elə bil eyni gəmidədirlər. Dəniz sakitdir. Amma aralarında bir-birlərini uzaqlara aparacaq tufan var. Gənc körpəyə tərəf qacmaq, ondan bağışlanma istəyir. Ayaqları yerimir. Nəsə onu saxlayır. Öz körpəliyinə qayıtmaq üçün. Onu otaqdan çıxarırlar. Çırpılan qapının səsinə yuxudan oyanır. Burda körpə və gənc dramı bitir.


... dəfə oxunub
Qiymət: 8/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
4+26=
Hesaba giriş
Müəllif

Mehman Məmmədov
Haqqında
Bakı Slavyan Universitetində jurnalist təhsili alıram. Yazmağa və bədii ədəbiyyata həvəsim böyükdür. Macəra janrında yazılan əsərləri sevirəm. Ən xoşladığım əsər - Daniel Defonun \"Robinzon Kruzo\" romanı. Düşündürücü yazılar yazmağa çalışıram.
Əlaqə
E-mail:
mehmantelebe@hotmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0262 saniye