Gəraylı
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 22:55 05 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Sevgi bağı gül-çiçəkli,
Təravətli olsa yaxşı.
Sevən aşiq sevgisində
Sədaqətli olsa yaxşı.

Yansın eşqin atəşinə,
Ancaq yarın da düşünə.
Qulaq asıb qəlb səsinə
Dəyanətli olsa yaxşı.

Əhdi-peyman pozulmasa,
Yazı tərsə yazılmasa,
Xeyir şərə yozulmasa,
Əmanətli olsa yaxşı.

Mövlud,özün məhəbbətli,
Günün keçir söz-söhbətli.
Həm taleli,həm ülfətli,
Həm qismətli olsa yaxşı.

9.02.2014 / Zərdabi
Mövlud Ağamməd


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
3+25=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.191 saniye