Yazmaq ilə də qurtarmaz
Dərdlilərə öz dərdimi.
Günün sevinclə keçməsə,
Dərdlərin sona yetərmi?
Dərdin əlindən çıx dağa,
Qəmi,qüssəni boğmağa.
Canını elə sadağa
Bu qurbanlığın keçərmi?
Dərdin üstünə dərd gəldi,
Ahım göylərə yüksəldi.
Ümidlərim hey səpildi,
Səpələnsə də bitərmi?
Mövlud,sənin dərdin dərddir,
Dərd çəkməyin bir adətdir.
Dünyanın üzü də sərtdir,
sənin dərdini çəkərmi?
11.04.2014/Zərdabi
Mövlud Ağamməd