Gəraylı
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 12:19 16 noyabr 2015 tarixində əlavə olunmuşdur

Sevəcəyəm axıradək,
Gülüm,səni mən ölüncə.
Cıxıb getsəm uzaqlara
Gözlərsənmi mən gəlincə?

Söz vermişik,əhdimizə
Sadiq qalaq dözə-dözə.
Nur çilənsin ömrümüzə
Biz vüsala yetənəcən.

Sevgi nədir,sevən bilər,
başa bəla,gələn bilər.
Qədrimizi bilən bilər
Ürəyindən silənəcən.

Gözləyəcəm,gülüm,səni,
Özləyəcəm,gülüm,səni.
Mən vəfasız billəm səni
"Mən səninəm"deyənəcən.

Mövlud dözər bu hicrana,
Can qurbandır şirin cana.
Görüm qalsın yana-yana
Əğyar səni görənəcən

15.04.2014 / Zərdabi
Mövlud Ağamməd

 


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
1+10=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0425 saniye