Dərdlərim yuxu içində,
Tez oyadın ki, yatmasın.
Yaralarımı qoparıb
Dərdimi dərdə qatmasın.
Özüm vermişəm yuxuya,
Gördüyüm gerçək,yuxu ya.
Bəlkə,əllərim toxuna...
Əlim əlinə çatmasın.
Mövlud,sızıldar yaralar,
Dünya gözümdə qaralar.
Yar qadasını yar alar,
Alandan sonra atmasın.
9.04.2014 / Zərdabi
Mövlud Ağamməd