Gəraylı
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 21:07 15 dekabr 2015 tarixində əlavə olunmuşdur

Yazmaq ilə də qurtarmaz 
Dərdlilərə öz dərdimi.
Günün sevinclə keçməsə,
Dərdlərin sona yetərmi?
***
Dərdin əlindən çıx dağa,
Qəmi,qüssəni boğmağa.
Canını elə sadağa
Bu qurbanlığın keçərmi?
***
Dərdin üstünə dərd gəldi,
Ahım göylərə yüksəldi.
Ümidlərim hey səpildi,
Səpələnsə də bitərmi?
***
Mövlud,sənin dərdin dərddir,
Dərd çəkməyin bir adətdir.
Dünyanın üzü də sərtdir,
sənin dərdini çəkərmi?

11.04.2014.Zərdabi.Mövlud Ağamməd


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
5+11=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0244 saniye