*GƏRAYLI*
Ov gətirən it olunca,
Ov ol,səni ovlasınlar.
Namərd olub qovulunca,
Mərd ol.səni qovlasınlar.
***
Uyma haqqı dananlara,
Baş da əymə nadanlara.
İnanma hər yalanlara,
Yol vermə,baş tovlasınlar.
***
İşinə bax bu dünyanın,
Mövlud,dərdə yox dərmanın.
Niyə verdin ixtiyarın
Soy adını "ov"lasınlar.
26.04.2014.Zərdabi,Mövlud Ağamməd.