*Ata evin dirəyidir...*
Ata evin dirəyidir,
Ana duzu,çörəyidir.
Oğul isə gərəyidir,
Qız qızıldan qiymətlidir.
***
Oğul,ya qız,nə fərqi var?
Çiçək açsın kaş arzular.
Hər ikisi mehrin salar,
Bir- birindən qeyrətlidir.
***
Hardan gəlsə körpə səsi,
Həzin nəğmə hər birisi,
Qız balamız su pərisi,
Qğulumuz cürətlidir.
***
Vaxtı gələr,pərvazlanar,
Qız- pərvanə,şama yanar.
Oğula qız soraqlanar,
Toy-büsatlı qismətlidir.
***
Mövlud,gözü yolda qalar,
Ata-ana tez qocalar.
Çiyinlərdə yola salar
O dünyaya,hörmətlidir.