Haram yemə ömür boyu...
Haram yemə ömür boyu,
Halalına çatanacan.
Əziyyəti,zəhməti çək
İş başını qatanacan.
***
Ocağında közün olsun,
El içində üzün olsun.
Söz deməyə sözün olsun
Qəlbə,ruha yatanacan.
***
Bir qarın tox,bir qarın ac,
Sabahları ümidlə aç.
Tazıya tut,dovşana qaç...
Di qan-tərə batanacan.
***
Çox çəkəcək bu qeylü-qal,
Qabaqdadır sorğu-sual.
Qiyaməti də yada sal,
Nəfsin pula satanacan.
***
Bimar olan biçarədir,
Ümid ona bir çarədir.
Mövlud,demə, üz qarədir
Topuğa daş atanacan.
17.05.2014.Zərdabi.Mövlud Ağamməd.