Gəraylı
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 11:59 22 fevral 2016 tarixində əlavə olunmuşdur

Hirs gələndə göz qızarar,
Gözü qanla dolandan sor.
Hirs gedəndə üz qızarar,
Peşiman kim,olandan sor.
***
Az getdilər,yüz getdilər,
Dərə-təpə,düz getdilər.
Yayı gəlib güz getdilər,
Bu müddəti,qalandan sor.
**
Mən göylərdə yoğrulmuşam,
Mən yerlərdə doğulmuşam.
Bilsən necə oğulmuşam,
Mənə layla çalandan sor.
***
Oynayarsan,utanmasan,
Bəmini düz tutammasan.
Gecələri yatammasan
Səni dərdə salandan sor.
**
Nə qədərdik,azalmışıq,
Qışı verib,yaz almışıq.
Mövlud,demə az almışıq,
Kəmini çox alandan sor. 

2.06.2014.ZərdabiMövlud Ağamməd


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
8+29=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0276 saniye