Gəraylı: Ürəyinə kədər dolar...
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 19:29 04 dekabr 2015 tarixində əlavə olunmuşdur



Ürəyinə kədər dolar,
İnsan yarpaq kimi solar.
Ən son ölən ümid olar
Arzulara çatmayanda.
***
Düşər qara,yağışlara,
Səmt yönələr yoxuşlara.
Həsrət qonar baxışlara
Arzulara çatmayanda.
***
Demə,könül,mənə təkəm,
Qəm yükünü özüm çəkəm.
Göz yaşımı seltək tökəm 
Arzulara çatmayanda.
***
Vermə ürək sirrin yada,
Mövlud,sirdaş yox dünyada?
Dərdi-sərim düşər yada
Arzulara çatmayanda.

24.04.2014.Zərdabi.Mövlud Ağamməd.

 

 

 

 


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
2+36=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.076 saniye