Gəraylı...
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 12:56 13 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Ya şəhid ol,ya da qazi,
Uyma düşmən fitnəsinə.
Bilinmir ki, iç düşmənin,
Hiyləsi nə.fitnəsi nə.

Torpaq yadlar tapdağında,
Odu sönüb ocağın da.
Hər kəs ellər sorağında,
Kölgə gedir hey tərsinə.

Nə ağladıq, nə sızladıq,
Nə özlədik,nə bozladıq.
Baxıb xəyal içrə qaldıq,
Laçınına,Şuşasına.

Mövlud ,demə yox cürətin,
Şərafətin,ləyaqətin.
Bir gün görək Xankəndinin
Bayraq sancdıq sinəsinə.

1.01.2014 / Zərdabi
Mövlud Ağamməd


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
4+12=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0969 saniye