Bilməzdim könlündə bir qonağam mən,
Sanırdım yıxılmaz uca dağam mən.
Elə bil balaca bir uşağam mən,
Sənin yalanların gerçək kimidir.
Səni sevən kimdir? Veyilsən daha!
Gözümdən düşmüsən öyülsən daha.
Nə olsun yanımda deyilsən daha,
Xatirən lap səni görcək kimidir.
Sözlərin ox kimi beynimi dəlir,
Yusif haçan yatır, haçan dincəlir?!
Qovuram, yenidən qayıdıb gəlir,
Sən olan xəyallar milçək kimidir.
Yusif Nazim Ərəbsoy