Gərçi bimarsan əgər ...
Elnur Soltanoglu tərəfindən "Şeir" bolməsinə 22:05 26 noyabr 2014 tarixində əlavə olunmuşdur

Gərçi bimarsan əgər dərdini sən loğmanə sor.

Xaliqi-aləm olan Ol Sahibi-Sübhanə sor.

 

Çarəsizlik çarəsi gərçi ölümdür, amma ki,

Sağikən ölmək nədir? sən bu cismə, canə sor.

 

Cismi yandırmaq ilə sən eşqini etdin əyan

Ruh ilə yanmağı da gəl məndən, ey pərvanə, sor

 

Sanmadım mən ömrümə sənsiz keçən günlərimi,

Nə çəkibdir bu cisim? sənsiz keçən zamanə sor.

 

Eşqin öyrətdi mənə gərçək olan zindan nədir,

Məhbusi-zindanlığı mən Yusifi-Kənanə sor.

 

Tərk edib getdin deyə tərəddüd etmə heç zaman,

Varsa zərrə vicdanın, sual edib vicdanə sor.

 

Anlamaz kimsə səni, Elnur, bu aləmdə daha

Yaşamaz bir kimsə səntək istəsən dövranə sor.


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
1+10=
Hesaba giriş
Müəllif

Elnur Soltanoglu
Haqqında
Elnur Soltanoğlu Qubadov. Bakı Dövlət Universiteti Şərqşünaslıq fakultəsinin məzunu. Sözlər insanın daxili aləminin təzahürü, insanlıq meyarının göstəricisidir. Sözə dəyər verməliyik ki, insan olduğumuzu da unutmayaq!!!
Əlaqə
E-mail:
soltanoglu1990@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0234 saniye