Dünya çiçəkli bir çəmən.
Gərək, tikan dərməyəsən....
Nə çox qəmzəli güləyən,
Gərək, üzə gülməyəsən....
Aydan-arı, Gündən-duru,
Əli, ayağı qupquru,
Nə coxdu xoş sima hürü,
Gərək, küyə getməyəsən....
Ustac, dünyada düz hanı?
Bilən bilir, yox yalanı,
Düşün, tor tutub aranı,
Gərək, çox şey görməyəsən....
12.10.2014 / Bakı