Aşiq olub,sidq ürəklə sevənin,
Sevgisinə sədaqəti gərəkdi.
Kərəm kimi eşq oduna yanması,
Məcnun kimi dəyanəti gərəkdi.
***
Bir yanmışam,bir də yanım halına,
Heyran oldum yanağında xalına.
Bir yol qalıb--razılığı alına.
Bu,adətdi,el adəti gərəkdi.
***
İşim düşdüü müşkülə,sən yaradın,
Sinəmdəki çalın-çarpaz yaraydın.
Mövlud üçün bir möcüzə yaradın,
Qovuşmağın hidayəti gərəkdi..
1.07.2014.Zərdabi.Mövlud Ağamməd.