Qəzəbdən o qalın qaşların çöküb,
Düşünmə əzablar qaçacaq hürküb
O qırıq qəlbinlə boynunu büküb,
Götür kədərini, get evə, şair
Bir ümid yolunda sənindir fəlah,
Söylə bəs nədəndir bu çəkdiyin ah?
Bundan da bəd günə çıxarsan sabah
Ötür betərini, get evə, şair
Başına taledən daş yağır dedin,
İndi də üstünə yüklənib dərdin
Əzəldən uçuqdur könül məbədin
Boş ver xətərini, get evə, şair
Ey Lazım, hansı yön, sağın ya solun?!
Özündən xəbərsiz yazırdı qolun
Sonuna vardığın bu səfeh yolun
Ödə bədəlini, get evə, şair