Get, yolun açıq olsun.
Muzafferus tərəfindən "Şeir" bolməsinə 10:51 17 iyul 2017 tarixində əlavə olunmuşdur

Bir yol görünür; qaranlıqla aydınlığın sərhədində.
Qaç; qaç ora doğru. 
Yolun açıq olsun.
Ehtiyatlı ol; görmək istiyən çox var yıxılmağını sənin də. Bu bədən qaranlıqdamı, işıqdamı boğulsun?
Hansı yolu seçəcəksən?
Öləcəksən yoxsa itəcəksən?
Nə zaman gedəcəksən?
Get, yolun açıq olsun.
Qalmaq nədir ki?
Kədər itirməkdədir.
Zamanla yox;
Birdən birə itirdiklərimizdədir.

Ya yerini zaman alacaq
Sən yavaş yavaş gedəcəksən.
Ya yerini kədər alacaq
Birdən birə yoxa çıxacaqsan.
Amma get.
Geridə qoyduqlarının kədərinə baxma.
Göz yaşlarına aldanma.
Sən
Sən öz xəyalların üçün get
Sən öz həyatın üçün get
Sən özün çün get
Zatən bunca zaman geridəkilər üçün yaşadın
İndi öz həyatını yaşamaq üçün get.
Get.
Yolun açıq olsun.

Çətindi.
Çətindi, gedənin arxasınca əl sallamaq.
Çətindi onu unutmağa çalışmaq.
Amma buna fikir vermə.
İllərlə sənə çəkdirdiyimiz çətinliklərin əvəzidie bu.
Bizim üçün yaşamağa məcvur etdik
İndi, sənin üçün əl sallamağa məcbur et
Get
Yolun açıq olsun..


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
3+37=
Hesaba giriş
Müəllif

Muzafferus
Haqqında
"Şizofrenik Saturn" və "Nar dənələri" kitablarının müəllifi.
Əlaqə
E-mail:
muzefferpasazade@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0306 saniye