Get
Ruslan Ələkbərli tərəfindən "Şeir" bolməsinə 18:45 19 iyun 2015 tarixində əlavə olunmuşdur

Gedirsənsə birdəfəlik yığış get, 
Səni xatırladan heç nə qalmasın.
Elə get ki, səndən sonra qəlbimi, 
Həsrət bürüməsin, hicran almasın.

Götür saçlarımı apar özünlə, 
Sənin əl işindi saçımda hər dən. 
Gözləmə, arxanca baxan deyiləm, 
Gözümə bu zülmü yaşatmaram mən,

Necə gəlmişdinsə elə də çıx get, 
Gedirsən getdiyin, gəldiyin yoldu.
Yalandan kövrəlib, ağlama bəsdi, 
Yenədə axırda sən deyən oldu.

Düşünmə sən getsən tək qalaram mən, 
Sağımda qəmim var, solumda kədər. 
Ən yaxşı günlərim onlarla keçib, 
Hayıf, sənli günlər keçibmiş hədər.

Gedəndə qapını çöldən bağla get, 
Evdə olduğumu kimsə bilməsin. 
Sənin getdiyini görüb duyanlar,
Gəlib ürəyimdən səni silməsin.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+12=
Hesaba giriş
Müəllif

Ruslan Ələkbərli
Haqqında
http://edebiyyatisigi.com da redaktor.ADAU-nun 4-cü kurs tələbəsi. Həvəskar şair. "Mingəçevir leysanı" jurnalının bölgə muxbiri və sədir müavini.
Əlaqə
Tel.:
0558425352
E-mail:
ruslanelekberli94@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0321 saniye