Qədrini bilmədin bu məhəbbətin,
Nə idi xəyalın, arzun, niyyətin.
Hərdən yada düşür sözün, söhbətin,
Deyirəm, yel oldu, küləklə getdi.
Yazdım ağ sətirə,silinməz adın,
Nə işi var idi qəlbimdə yadın?
Özüm günahkaram, çox gec anladım,
Ümüdlər kəm olmuş diləklə getdi.
Mən uşaq deyiləm aldanam sözə,
Görürəm, vermirəm bəzən bürüzə.
Haqq özü çıxacaq gec tezi üzə,
Nə olsun, bir dəfə kələklə getdi.
Bax belə, ömür də beləcə gedir,
Fikirlər daldıqca könlünü yeyir.
Bir gün eşidərsən çoxları deyir,
Seymur üz döndərib mələklə getdi
MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV
08.02.2017