GETDİ
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 19:31 31 iyul 2017 tarixində əlavə olunmuşdur

Vətən keşiyində igid ərənlər,
Düşmənin payını mərdtək verənlər. 
Torpaqçün canından keçib ölənlər
Şəhidlik adını qurdu da getdi.

Var idi dağların sazaq, ayazı, 
Qəlbə toxunardı yazdığı yazı. 
İtirdi el oba Yetim Eyvazı, 
Rəhmətlik sonadək vurdu da getdi. 

Nə idi günahı köçgün bir kəsin? 
Varsa da danışsın, dillənsin, desin. 
Sızlayıb alaraq axır nəfəsin
Üstəlik talandı yurdu da, getdi.

Nə qədər tab edib səbr etmək olar? 
Bizim torpaqlarda gəzir dığalar. 
Vətən həsrətiylə qəlblər sızlayar, 
Mübariz dözməyib durdu da getdi


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
4+36=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
seymur551@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0458 saniye