gətir
Sən An tərəfindən "Şeir" bolməsinə 16:33 02 iyul 2014 tarixində əlavə olunmuşdur

mənə bir  bahar gətir,

qışda isitsin məni.

mənə bir  bulud gətir, külək gətir,

şimşək gətir,

yağan yağışda isitsin məni.

 

sönmüş ocağıma köz gətir,

səssizlikdən qulaq batan,

tənhalıqdan ulaşan,

otağıma bir söz gətir.

 

mənə bir dəniz gətir,

gözlərin tək dərin olsun,

fırtınalı,rəngi şəffaf,

dalğaları toxunuşun tək,

sərin olsun..

 

mənə bir badə gətir,

içi dolu sevgi  gətir..

eşqin şərabında, məst olum mən səninlə

mürəkkəb olan həyatı,

sən mənə sadə gətir.

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+16=
Hesaba giriş
Müəllif

Sən An
Haqqında
küçədə oynayan uşaqların sevinci mənim kədərimə mane olur.
Əlaqə
Tel.:
055 626 01 77
E-mail:
sanan.safarov.1986@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0376 saniye