***Gətir***
(Anama)
Ana,bir də gəlsən mənim yanıma,
Özünlə bir yerdə səadət gətir.
Kimə nə gətirsən,mənim payıma
Kənddən qucaq dolu bir ülfət gətir.
***
Gətir kəndimizin bulaq suyundan,
Bir də ki,ətirli yaz havasından.
Çoxdan görmədiyim tanışdan dostdan,
Gələrkən bir dünya söz-söhbət gətir.
***
Gözəldir demirəm kəndə şəhərdən,
İstidir,sərin meh əsməsə hərdən.
Həsrətin çəkdiyim gözəl dilbərdən
Bacarsan,bir kəlmə"məhəbbət"gətir.
****
Ana,gözləyəcəm,gəlsən yanıma
Heç nə istəmirəm,mənim payıma
Öz-özünü gətir,gəlim ilhama,
Mövluda özünlə təravət gətir.
30.07.1982.Sumqayıt.Mövlud Ağamməd.