Getmə..
cəmilə tərəfindən "Esse" bolməsinə 22:14 06 iyun 2014 tarixində əlavə olunmuşdur

Qadınım.Qəmzəsində gülüşlərimi gizlətdiyim.Dodaqlarıyla gözəlləşən öpüşlərim.Bir sən varsan.Bir sən qaldın ovuclarımda.Elə dərin cümlələr qura bilmərəm sənə.Nə də mahnılara çevrilməz notlarım.Misralarım qarışar qəlbimdə.Cümlələrimdən roman olmaz.Səndən yarandı da bütün "mən"im.Amma məndən təkbaşına bir şey olmaz.Məktubunu da aldım əzizim.Kəlmələrlə boğuşuram burda.Biri yapışb boğazımdan.Darıxdım yazmısan ya bax o.Bir küncə sıxıb məni qaça bilmirəm.Nəfəs ala bilmədim boğazıma yığılan sözlərdən.Bu dəfə boğulurdum az qala.Yanına bir səni sevirəm yazmısan ya, o qurtardı məni ölümdən.O da qəlbimi sıxmağa başladı.Yox, yox.Sən məni öldürmədən əl çəkməyəcəksən.Sən mənim əzabım olacaqsan.Sən mənim sonum olacaqsan da.Mən belə son deməmişdim can.Adında gizlətmisən mənə aid nə varsa.Ölüm kimi soyuq.Cənnət qədər əlçatmaz.Mən ki cənnəti yaşayıram hər adın düşəndə dodağımdan.Arada gülümsəyirdin sətiraralarında.Bəzən gözyaşların içimdək odu yenə alovlandırırdı.Sussan bir ayrı dərd, danışsan bi ayrı dərd.Mənə bir az zaman ver deyirsən.Nə zamanı?!Hansı zaman?!Anlamırsan ki, keçən hər saniyə biləklərimi atılan bir izdir.Məqsədin cismimi də tamam yox etməkdir.Yox, icazə verməyəcəm.Bağışla, əzizim.Bağışla dünyada olan bütün sözləri topladım şeirimə.Bir "sən" olmadan nə mənası var axı?!Heç biri bağlanmaz bir birinə.Bir siqaret,bir musiqi,bir gecə.Tək burax bi.Gedəni saxlamazlar deyib yapışacam belindən bunu unutma.


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
4+25=
Hesaba giriş
Müəllif

cəmilə
Haqqında
birgün ölüb gedəcəm deyə.məndən geriyə birşeylər qalsın deyə.
Əlaqə
E-mail:
cemile9480@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.023 saniye