Getmək istəyirəm.
ANAR. (ARLİN EDEN ) tərəfindən "Şeir" bolməsinə 22:30 30 iyun 2015 tarixində əlavə olunmuşdur

Yenə getmək istəyirəm uzaqlara

Nədənsə ayaqlarım getmir,

beynim hökm etmir.

Mən gecikirəm uzaq səfərlərə.

Amma getmək istəyirəm uzaqlara

Qaçaraq getmək buraları tərk etmək,

tozlu keçmişə səyahət etmək.

İnsanları tərk etmək onları silmək,

əbədiyyatdan, ədəbiyyata çıxmaq.

İlk yazılmış roman olmaq,

yarımçıq oxunuraq atılmaq.

Və sonda tənha qalmaq bir neçə sətirlərlə

Düşünərək dərk etmək, dərk edilərək tərk edilmək.

Bir neçə səhifədə tapmaq özünü,

bəyaz kağızlarda mürəkkəb olmaq.

Deyəsən çox gec oldu, yenə qaranlıq düşdü.

Ay işığı pəncərimi döyür,

sakit nəfəs kimi otağıma daxil olur.

Başıma sığal çəkir məni oyadır.

Artıq getmək vaxtıdır oyan deyir,

gecikir saatlar məni oyadır sayılı dəqiqələr.

Yorğunam, birazda halsızam uzaq səfərə çıxıram

mən bugün sonuncuyam.

Qapımı döyür küləklər, çağlayır şimşəklər

kəsibdir nəfəsimi, veribdi həvəsimi.

Bayırda əsir nifrətlər və bir neçə saxta təbəssümlər.

Bura çox qəribdir bura cinlər diyarıdır,

mənə yer yoxdur.

Mənə getmək lazımdır,

buraları tərk etmək lazımdır.

Bir neçə köhnə fotolarıda almalıyam yanıma

bəlkə yenidən tapdım  özümü o, fotolarda.

Axı köhnə fotolarda necədə səmimiyyət

necədə bihuş edici görkəm var.

Bu şəhərləri bəzəyiblər bir neçə rəngli parklarla,

boz binalarla.

Yenə beynimdə qarışdı fikirlərim,

tənha ayaq səslərim getmək istəyirəm uzaqlara.

Amma heyf ki, gedən saatlarımdı,

cismim və ruhum yenədə əsir olub,

bu boz binalara bu rəngli nağıllara...


... dəfə oxunub
Qiymət: 10/10(10 səs)
[qiymət ver ]
Şərh yaz
9+11=
Hesaba giriş
Müəllif

ANAR. (ARLİN EDEN )
Haqqında
Ədəbiyyatı sevirəm Ədəbiyyat beynimin, musiqi ruhumun dilidir. Hər iki dildə danışmağı sevirəm.
Əlaqə
E-mail:
anar_arlin@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0325 saniye