Getmişdi o..
cəmilə tərəfindən "Esse" bolməsinə 14:13 04 aprel 2014 tarixində əlavə olunmuşdur
Getmişdi o.Səssiz bir gecənin sabahında qoxusunu saçlarıma dağıdıb.Öpüşünü qoyub dodaqlarımda.Səssizliyi qoyub gedib xatirələr arasında.Gülüşünü qoyub gedib.Səsini qoyub gedib.Hələ də qulağımda..Nəfəsini qoyub gedib ciyərlərimə.İstiliyini qoyub gedib yastığıma,yorğanıma.Bir "gecə" qoyub gedib."Səhəri"ni özüylə aparıb bu şəhərdən.Zamanı dayandırıb gedib.Sevinci özüylə aparıb amma kədəri qoyub gedib.Ümidləri qoyub gedib.Onun yolunu gözləyim deyə.Xəyalları qoyub gedib tək qalmayım deyə.Surətimi alıb gözlərimi alıb gedib o.Ondan sonra görməyim heçkəsi deyə.Hisslərimi qoyub gedib.Gedişini hər an iliklərimdə hiss edib deyə.Saç teli qalıb daraqda..Qoxlayım da unutmyım deyə.Həsrəti qoyub gedib otaqda.Bir başıma qalım deyə.Bir baxıram ki həyata aid nə varsa onu alıb gedib.Sadəcə bədənimi qoyub burda.Arxasına baxmadan heçnə anlatmadan.Sakitcə çıxıb gedib.

... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+26=
Hesaba giriş
Müəllif

cəmilə
Haqqında
birgün ölüb gedəcəm deyə.məndən geriyə birşeylər qalsın deyə.
Əlaqə
E-mail:
cemile9480@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0288 saniye