Sənin
Gidi dünya,səndən xəbər alıram
Neçə sinnin,neçə yaşın var sənin?
Sirr vermirsən dosta,yada,dildara,
Sirr verməyə bir sirdaşın var sənin?
***
Qədimsən,qədimsən,qədimdən qədim,
Qədirbilənlərin qədrin bilmədin.
Belə haqsızlığı nədən görmədin?
Görmədin,məgər göz-qaşın var sənin?
***
Gedən getdi,qalan qaldı səninlə,
Fələk neçə canı aldı səninlə.
Balın zəhər,ağun baldı,səninlə
Qovğa olmaz,bir savaşın var sənin.
***
Mövlud deyər,sənin adın pünhandır,
Nə desən də dediklərin yalandır.
Dünya malı dünyada da qalandır
Xərcləməyə bir şabaşın var sənin?
19.04.2013. Zərdabi.(Mövlud Ağamməd)